"Mədəniyyət" kanalında teledərslər müvəqqəti dayandırılır

“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramı müvəqqəti dayandırılır.
"Sherg.az" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz feysbuk profilində məlumat paylaşıb.

Qurum rəsmisinin sözlərinə görə, canlı yayımla verilən dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən etibarən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslər yenidən ekanlara çıxacaq.