Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq - RƏSMİ

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.
Oxu.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat verilib.
Yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.