Nazir: “Koronavirusa yoluxan şəxslərdən sağalanlar artıq evlərinə buraxılıblar”


“Bu günə kimi koronavirus şübhəsi ilə bağlı 10 minə yaxın laborator testlər aparılıb”.  

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.  
Onun sözlərinə görə, bura həm turistlər, həm də risk qrupuna aid olan şəxslər daxildir:

“Bu gün səhiyyə sistemi gücləndirilmiş iş rejimində çalışır. Həkimlər daim xəstələri nəzarətdə saxlayırlar. Bilirsiniz ki, bu gün xarici ölkələrdə yaşayan həmvətənlərimizin ölkəyə gəlməsi təmin olunur. Bu, çox böyük həcmli işdir. Tibb işçilərinin fəaliyyətinə ciddi ehtiyac var. Bunun nəticəsidir ki, virusa yoluxan şəxslərdən sağalanlar artıq evlərinə buraxılıblar. Bu da bizə ümid verir ki, hər şey müsbətə doğru dəyişəcək”.