İki ayda metrodan istifadə edənlərin sayı artıb


Cari ilin yanvar-fevral aylarında 38,9 milyon nəfər metrodan istifadə edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb.