İranla sərhədimiz aprelin 20-dək  bağlı qalacaq


 Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti uzadılır.

Sputnik Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Xatırladaq ki, cənub qonşumuzla sərhəd fevralın 29-dan etibarən bağlanıb.