Nazirimiz də “Təmiz əllər”ə qoşuldu - Video


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının “Təmiz əllər” təşəbbüsünə qoşulub.

Axar.az xəbər verir ki, nazir estafeti BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alssandro Frakassettidən qəbul edib. M.Babayev “Təmiz əllər” naminə yaradılmış təşəbbüsə qoşularaq nümunə üçün əllərini sabunla yuyub.

Nazir hər kəsi ÜST-ün “Təmiz əllər” təşəbbüsünə qoşulmaqla koronavirusla mübarizəyə dəvət edir.

M.Babayev özündən sonra estafeti Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqviyə ötürüb.