"Dünya insanı dardadır" - Baş redaktor

"Hər şeyin başında birlik və məsuliyyət dayanır"

Dünən prezident İlham Əliyev və birinci vitse - prezident Mehriban xanım Əliyeva "Yeni klinika" tibb müəssisəsinin açılışında iştirak ediblər. Açılış nitqi zamanı dövlət başçısı "Biz birlikdə güclüyük!" şüarını səsləndirərək əhalini həmrəy olmağa, məsələyə daha məsuliyyətli yanaşmağa çağırıb.

  "Modern.az" saytının baş redaktoru Elşad Eyvazlının sözlərinə görə, koronavirus kifayət qədər ciddi bəladır. O, məsələ ilə bağlı "Sherg.az" a bunları deyib:

"ÜST-ün tövsiyələrinə əməl etmək lazımdır. Dünya insanı dardadır. Bəşəriyyət heç vaxt bu qədər böyük faciə ilə üzləşməyib. Hətta dünya müharibələri vaxtı da vəziyyət bundan yaxşı olub. Odur ki, həmrəy olmaq lazımdır. Hər şeyin başında birlik və məsuliyyət dayanır"