Döyərək 2000 manat pulunu aldı

Sumqayıtda soyğunçuluq hadisəsi olub.
"Sherg.az" DİN-nin rəsmi saytına istinadla xəbər verir ki, iyunun 20-də 2-ci mikrorayonda yaşayan Ə.Ağayevə zor tətbiq olunaraq 2000 manatı soyğunçuluq yolu ilə əlindən alınıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kazımov saxlanılıb.