Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyinindən məlumat verilib. Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.