Azərtaşdan ittihamlara CAVAB:“...Bu cür də qiymətləndirilməliydi” 

Bir neçə gündür ki aparıcı Lalə Azərtaşın qazın qiymətinin artırılması ilə bağlı dedikləri müzakirə olunur.  Xatırladaq ki, o bunları söyləyib:
 “İndi soruşuram, qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz mürəbbə bişirməyə ən çox gedir. Gecə edərsiniz bütün bunları ki, ağzınız kimi cibiniz də dada gəlsin”.
Lakin aparıcı sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Bunun ardınca L.Azərtaş susqunluğunu pozub.
“Sherg.az” xəbər verir ki, o, bir izləyicisinin dəstək mesajını profilində paylaşaraq bu sözləri yazıb:
“Təbii ki, diqqətlə qulaq asanlar,  bu cür də qiymətləndirilməliydi. Təşəkkürlər”.
İzləyicisi isə burda bir paradoksun olduğunu, L.Azərtaşın  hər zaman xalqın sözünü dilə gətirdiyini deyib.