Parlamentin iki deputatı İrəvana gedir – RƏSMİ


Azərbaycandan AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün İrəvana gedəcək deputatların adları açıqlanıb.

Bununla bağlı Milli Məclisin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilib.

Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Qeyd edək ki, səfər fevralın 22-də baş tutacaq.