Daxili işlər nazirindən yeni TƏYİNAT


Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Yusifov Yusif Şəmsi oğlu Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib.