Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS EDİLDİ - YENİLƏNİB

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanovun saxlanılması rəsmən təsdiqləndi.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az faktı təsdiqləyiblər.  
Qeyd olunub ki, Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

***
saat 12:50
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Lent.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbədən “Qafqazinfo”ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.