Həftəsonu yüzlərlə şəxs niyə toya buraxılmadı? - RƏSMİ


19-20 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 763 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 758 şadlıq sarayında, beş şəxsi həyətyanı sahədə keçirilən şənliyi əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Altı nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- Bir nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

- Bir nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 1 191 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.