İcra hakimiyyətindən gözəlliyindən əsər-əlamət qalmayan parkla bağlı AÇIQLAMA

Binəqədi Rayon İcra Hakimiyyəti bir vaxtlar uşaqların əyləncəsi üçün ən əlverişli məkanlardan olan “Dendra” adlanan parkın baxımsız vəziyyətdə olması ilə bağlı məlumata münasibət bildirib. 
Oxu.Az-ın sorğusuna cavab olaraq, icra hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, 6-cı mikrorayon, Rəşid Behbudov küçəsində yerləşən və “Dendra” park adlanan yaşıllıq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti balansında deyil:
“Adıçəkilən sahə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin balansındadır”.