Türkiyəli nazir koronavirusa yoluxdu


Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin COVID-19 testi müsbət çıxıb.

Bu barədə türkiyəli nazir “Twitter” hesabında yazıb.

“Tam peyvənd kursunu keçmişəm, səhhətim yaxşıdır, şükürlər olsun ki, xəstəliyi yaxşı keçirirəm. İşləri bir müddət evdən davam etdirəcəm. Rəbbim xəstələrimizə şəfa versin, peyvəndləməyə laqeyd yanaşmayın”, - deyə o bildirib.