Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində milliyətcə azərbaycanlı olan, görkəmli özbək şairi Məqsud Şeyxzadənin Daşkənd şəhərində ucaldılmış heykəlini ziyarət etmiş, onun abidəsi üzərinə güllər qoymuş və əziz xatirəsini ehtiramla yad etmişlər.
"Sherg.az" xəbər verir ki, Fondun Prezidenti Məqsud Şeyxzadənin iki qardaş xalqın – Azərbaycanın və Özbəkistanın fəxri olduğunu, öz yaradıcılığı ilə hər iki dövlətin bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfələr verdiyini bildirmişdir.M.Şeyxzadənin bədii irsini yüksək qiymətləndirən Günay Əfəndiyeva onunhəm də Türk ədəbiyyatının təbliği istiqamətində geniş fəaliyyət göstərdiyini,Nizami Gəncəvi,Məhəmməd Füzuli, Məhdimqulu Fəraqi, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikmət, Osman Sarıvəllivə sair kimi türk dünyasının böyüksöz sənətkarlarının əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulamışdır.
Səfər çərçivəsində Fondun nümayəndə heyətini Özbəkistan Mədəni İrs Agentliyinin birinci müavini, görkəmli alim, proffessor Tursunəli Kuziyev və digər rəsmilər müşaiət etmişdir.