Havanın çirklənməsi birinci səbəbdir 

Gənclərdə aşağı təzyiqin səbəbi tapıldı

  Böyük Britaniyada aparılan elmi araşdırma gənclərdə qan təzyiqinin aşağı düşməsinin səbəbini ortaya çıxarıb. Məlum olub ki, buna səbəb havanın çirklənməsidir. Çirkli hava xüsusən yeniyetmələrdə qan təzyiqinin kəskin aşağı düşməsinə səbəb olur. Bu barədə məlumatı “NTV.com” CNN-ə istinadən yayıb.

Xəbərdə bildirilir ki, atmosferdə nitrogen dioksidin yüksək miqdarı, həmçinin havanın 2,5 mikrometrdən kiçik maye və ya qatı hissəciklərə məruz qalması gənclərdə qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Alimlər havanın çirklənməsiylə qan təzyiqi arasında necə bir əlaqə olması üzərində uzun zamandır çalışır. London alimləri bununla bağlı fərqli yaş və etnik qruplar arasında tədqiqat aparıb. 3 min 200-dən çox gəncin cəlb edildiyi “Yeniyetmələrin sosial rifahı və sağlamlıq göstəriciləri” adlı tədqiqat hava çirklənməsinin başlıca səbəblərindən biri olduğunu göstərir. Tədqiqat zamanı illik hava çirklənməsi hesabatlarından istifadə edilib. Tədqiqatda hava çirklənməsinə səbəb olan partikul maddələrin insanın bir saç telinin 20-də biri qalınlığında olduğu, nəfəs alarkən ağ ciyərlərə keçdiyi, nəfəs verildikdə isə ağ ciyərlərdən çıxmayıb qana qarışdığı məlum olub. Bu maddələr beyin ritmini pozaraq qan təzyiqində oynamalara, həmçinin nəfəs yollarında iltihaba səbəb olur, nəticədə bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.