Sabiq deputat oğlundan danışdı:“Təəssüf edirəm ki, evimdə müxalifətçi var”

Sabiq deputat Eldar Sabiroğlu “Sherg.az” oğlu Rüfət Səfərova yazdığı 
“Ölsəm, qəbrimin üstünə gəlmə...” məktubundan danışıb. O qeyd edib:
"Bu, ikinci etirazım idi və tamam başqa səbəbdən idi. Əsəblərim dözmədi, belə bir müraciət etdim. Bu, hər bir insanın başına gələ bilər. Amma mən heç kimə bunu arzulamıram. Əlbəttə ki, peşmanam. Əziyyət çəkirəm, niyə belə etdim?! Bir az təmkinli olmalıydım. Əsəblərimi cilovlaya bilmədim... Təəssüf edirəm ki, ömrünü Heydər Əliyev siyasətinə həsr etmiş bir adamın evində müxalifətçi var. Müxalifətçi deyəndə ki, fikir ayrılıqları var aramızda.