Aşıq Namiqdən qaziyə JEST: “6 min 500 manat xərci var idi...”

Aşıq Namiq Fərhadoğlunun başına iş gəlib.
Bu barədə “Sherg.az” o, özü məlumat verib. İfaçı bildirib ki, qış aylarında  yol-nəqliyyat hadisəsi baş verib:
“Qışda maşınımı qazi vurmuşdu. Haradasa 6 min 500 manat xərci var idi. Maşını o halda satdım. Amma qazidən pul almadım. Dedi ki, vəziyyətim pisdir, xəstəxanaya getdik. Həmin pulu ona bağışladım”.