Arif Hacılı əməliyyatdan sonra... - FOTO

Bir müddət əvvəl açıq ürək əməliyyatı keçirən Müsavat Partiyasının başqanı Arif Hacılının səhhəti normallaşıb. 

“Sherg.az” xəbər verir ki, bu barədə partiyanın lideri İsa Qəmbərli məlumat yayıb. A.Hacılını ziyarət etdiyini bildirən İ. Qəmbərli onunla fotosunu paylaşaraq bu sözləri yazıb:

“Arif bəyi ziyarət etdik. Sağlamlığı qaydasındadır, daha da yaxşı olacaq. Ölkədə gedən və ölkəmizlə bağlı bütün prosesləri diqqətində saxlayır”.