"Getsin, bambılılığını eləsin"  - Bəhrama sərt tənqid!

Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan videosu müzakirə yaradıb. 

Belə ki, aktyorun şəhərin mərkəzi küçələrinin birində - yolun hərəkət hissəsində 20 dəqiqə avtomobilini saxlayaraq başqa insanlarla söhbətləşməsi tənqid edilib. 

Videonu çəkən şəxs onun “urbanizasiya” çıxışını xatırladaraq qayda pozmasına irad tutub.

Bağırzadənin bu tənqid edilən addımı ilə bağlı “Sherg.az”a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib ki, aktyoru ciddi qəbul etmir:

“Mən bu adamı və bu mövzunu ciddi qəbul eləmirəm. Ona görə də qarışmıram. Şoumen adamdır, getsin bambılılığını eləsin. Bu kimdi ki,  biz qiymətli vaxtımızı ayırıb onun hər addımını müzakirə edək. Mədəniyyət də individualdır, bunun coğrafi, dini, irqi, milli mənsubiyyəti olmur. Hər yerdə mədəni adamlar da var, vəhşilər də”. 

Xatırladaq ki, aktyor regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsi ilə gündəm yaratmışdı. Onun bu fikri birmənalı qarşılanmamışdı.

Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar" sözləri müzakirələrə səbəb olmuşdu.