"O da şairdir!"  - Deputatdan Seyidcahana dəstək!

“O da şairdir, ironiya, istehza ilə şeirlər yazır. Kiminsə bəyənib-bəyənməməyi ilə deyil”.

Bu sözləri “Sherg.az”a millət vəkili Aqil Abbas Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsini qınayanlar haqda deyib.

Deputat bildirib ki, birliyə qəbul olunmaq üçün müəyyən şərtlər mövcuddur:

“Yazıçılar Birliyinə qəbul üçün müəyyən qədər şeirin çap olunur, 3 adamdan da rəy alırsan, üzv olunursan. Məsələ burasındadır ki, onu bəyənməyənlər başqa şairlərin şeirlərini oxuyurlar. Ramiz Rövşənin yaxud da digərlərinin... Ancaq onu təbrik edə bilərəm. Gözəl bəstəkardır, şeirləri də var”.