Türkiyənin İzmir şəhərində ev sahibinin kirayə haqqını 1500 lirədən 7 min lirəyə qaldırması ilə bir ailə evsiz qalıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, 4 və 2 yaşlı uşaqları olan ailə hazırda parkda yaşayır.
Ev sahibinin kirayə haqqını 1500 lirədən 7 min lirəyə qaldırmaq istəyinə müqavimət göstərən və 1 illik məhkəmə prosesindən sonra evi boşaltmaq məcburiyyətində qalan iki uşaqlı ailə parkda yerə sərdikləri adyalda günlərini keçirir.