Tuncelinin Çemişgəzək rayonunun Kıraçlar kəndində Yılmaz və Nermin Ekici cütlüyünün iki övladının ən böyüyü olan Helin Ekici zəhmətkeşliyi, hazırcavablığı və fərasəti ilə kəndin xanımı kimi tanınır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ailəsi ilə tarlada işləyən, bağda qarpız yığan, traktor sürən Ekici balıqçılıqla məşğul olan atasına da kömək edir. Geyindiyi şalvarı və əllərindəki dırnaq boyaları ilə böyük diqqət çəkən Ekici öz fərasəti ilə tarlada kişilərə örnək olur.
Qışda məktəbə gedən, yayda ailəsinə kömək edən Ekici YKS-dən 490 bal toplayıb və Tokat Qaziosman Paşa Universiteti Tibb Fakültəsini qazanıb. Böyük uğur nümunəsi nümayiş etdirərək hər kəsə örnək olan kənd xanımı həm ailəsini, həm də kəndini qürurlandırıb. Ən böyük arzusunu reallaşdırdığı üçün xoşbəxt olan Ekici hələ də kənddəki ailəsinə kömək etməyə davam edir.
Kənddə ailəsinə kömək etməyi çox sevdiyini ifadə edən Helin Ekici “Kəndimi çox sevirəm. Çünki təhsil baxımından ailəmin mənə verdiyi imkanlar və dəstək çox önəmlidir. Ona görə də onlara kənd işlərində köməklik edirəm. Tarlada və bağda kömək etmək mənim üçün böyük şərəfdir. Bundan başqa heyvandarlıqla da məşğul oluruq. İnəklərimiz var. Mən onlara tövlə işində və otda kömək edirəm. Kəndimizdə həm qadınlara, həm də tələbələrə böyük önəm verilir. Kiçik yaşlarımdan arzum tibb fakültəsinə daxil olmaq idi. Bunun üçün çalışdım və əlimdən gələni etdim. YKS nəticələrimə görə Tokat Qaziosman Paşa Tibb Fakültəsinə yerləşdirildim” - deyə o bildirib.
Sevincli olduğunu dilə gətirən Ekici belə davam edir: “Ailəmi, elmimi, rayonumu qürurlandırdığım üçün xoşbəxtəm. Bu mənim xəyallarımın başlanğıcıdır. Mən bunu davam etdirəcəyəm. Mənim universitetim sentyabrda başlayacaq. Kənd işləri ilə, kəndimlə vidalaşmalıyam. Hıdıröz camaatı mənim üçün darıxacaq. Mən traktor sürməyi çox sevirəm. Bu gün traktora yalnız kişi işi kimi baxılır. Mən traktor sürməyi yaxşı bacarıram və onu sevirəm. Bu mövzuda da özümlə fəxr edirəm. Axı kişilərin gördüyü işlərin çoxunu mən bacarıram. Buna görə də xoşbəxtəm”.
Anası Nermin Ekici də qızı ilə fəxr edir: “Qışda məktəbdə, yayda bizə kömək edir. Bu il tibb fakültəsini qazandı. Bizi çox qürurlandırdı. O, təkcə bizi deyil, həm də kəndimizi qürurlandırırdı. O, bizim kəndin xanımıdır”.