AZAL-dan tələbələrə güzəşt: Alqışalayiqdir, amma...  

"Azərbaycan Hava Yolları" QSC( AZAL) Türkiyədə ali təhsil alan Azərbaycan vətandaşları  üçün xüsusi güzəştli tariflər təklif edəcək.         

Bu barədə " Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.                     

Məlumata görə, tələbələr üçün endirimlər   aviaşirkətin Bakıdan Türkiyənin şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur. Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək. Tələbələrə səyahətlərin əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxtda  biletləri bron etmək məsləhət görülür.                   

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən iqdisadçı Fuad İbrahimov bu addımı dəstəkləyib:          
"Biznes mühitində müəyyən güzəşt proqramları olur. Ucuz aviabiletlər, paketlər bir sözlə, sərfəli proqramlar təklif olunur. Bu da sevindirici haldır. Buna görə reklama vəsait sərf edilir. Tələbələrə bu jestin edilməsi alqışlanacaq bir vəziyyətdir. Heç bir halda maddi problem yaratmamalıdır. Bu təklifi irəli sürüb, daha sonra dövlətdən ayrıca pul alınacaqsa, ehtiyac yoxdur. Onu da qeyd edim ki,  AZAL müasir dövrün tələblərinə uyğun işin içindən keçmiş olur".