Əməkdar rəssam Rəis Rəsulzadə sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən verilən məlumata görə, o, lazımı müayinələrdən keçirilib, müalicələri aparılıb. Hazırda R.Rəsulzadənin vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Hazırda səhhətini öyrənmək üçün Rais Rəsulzadənin özü ilə əlaqə saxladıq.
O "Sherg.az"a bildirdi ki, özünü yaxşı hiss edir:
"Hər şey yaxşıdır. Hələlik xəstəxanadayam, lakin bir-iki günə evə buraxılacam və müalicəm evdə davam edəcək. Müalicələrin xeyri dəyir. Dostlardan, yaxınlardan maraqlanlar və ziyarət edənlər var çox sağ olsunlar. Dövlətimizə də diqqət göstərdiyinə görə minnətdaram. Hər şey yaxşıdır narahat olmayın".
Qeyd edək ki, o, 1946-cı ildə anadan olub. R.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.