ADY ilə sərnişindaşıma 16 faiz artıb

Azərbaycan Dəmir Yolları vaistəsilə bu ilin yanvar-aprel aylarında 2 979 167 sərnişin daşınıb.

Qurumdan  verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Hesabat dövründə ən çox sərnişin Abşeron dairəvi marşrutu ilə daşınıb -123 089 nəfər.

Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında 2 566 218 sərnişin daşınıb.

Onu da bildirək ki, bu ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33% artaraq 8281 nəfər olub.