
Sosioloq: Yeni qaydalar əlillik təyinatında subyektivliyi minimuma endirəcək
09:52 06.10.2025
Sosial
464
Əlilliyin qiymətləndirilməsi yeni qayda ilə həyata keçiriləcək.
Nazirlər Kabineti bu barədə qərar verib.
“Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.
Qeyd edək ki, bu dəyişiklik əlilliyin qiymətləndirilməsi prosesində şəffaflığı və operativliyi artırmağa yönəlib. Artıq vətəndaşlar lazımi sənədləri əldə etmək üçün dövlət qurumlarına fiziki müraciət etmədən, elektron sistem üzərindən məlumat ala biləcəklər. Bu da həm vaxt itkisinin qarşısını alacaq, həm də xidmətlərin daha rahat və səmərəli göstərilməsinə şərait yaradacaq.
Sosioloq Üzeyir Şəfiyev Sherg.az-a deyib ki, sözügedən dəyişiklik əslində ölkəmizin elektron hökumət istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilməlidir:

"Bu proses artıq bir müddətdir davam edir. Yeniliklər onu göstərir ki, Azərbaycan Respublikasının Prezidentinin sosial islahatlar proqramı çərçivəsində elektron hökumətə keçid daha da sürətləndirilir. Bu dəyişikliklər elektron hökumətin məhz sosial sahədə də möhkəmlənməsinin bir təzahürüdür. Artıq əlilliyin qiymətləndirilməsi və ondan imtina məsələləri elektron qaydada, məmur və ya ekspert müdaxiləsi olmadan, birbaşa müraciətçinin (benefisiarın) elektron müraciəti əsasında həyata keçiriləcək. Bu isə obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir. Sözügedən addım sosial dövlət quruculuğu prosesində olan ölkəmizdə vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm addımdır. Elektron hökumət istiqamətində bu dəyişiklik prosesdə dinamikanın artdığını, daha bir irəliləyişin əldə olunduğunu göstərir. Oxşar tətbiqlərin artıq əmək pensiyasının müəyyənləşdirilməsi sahəsində də həyata keçirildiyini qeyd etmək olar. Ümumilikdə, elektronlaşma və elektron hökumət prinsiplərinin cəmiyyət həyatında, xüsusilə sosial siyasət sahəsində ardıcıl şəkildə tətbiqi müşahidə olunur. Vətəndaşlar yenilikləri məmnunluqla qarşılayır. Çünki bu, şəffaflığı və obyektivliyi təmin edən əsas vasitələrdən biridir. Bu gün elektron hökumət artıq qlobal miqyasda müxtəlif ölkələrdə uğurla tətbiq edilir və Azərbaycan da həmin istiqamətdə ciddi addımlar atır. Əlilliyin müəyyənləşdirilməsi qaydasında edilən dəyişikliklər elektron hökumətin funksionallığının və ona olan etimadın artdığını bir daha təsdiqləyir. Beləliklə, artıq ənənəvi qiymətləndirmə ilə elektron hökumət səviyyəsində aparılan qiymətləndirmə eyni hüquqi qüvvəyə malikdir".
Ekspertin fikrincə, bütün bunlar elektron hökumətin verdiyi qərarlara etimadın artdığını göstərir:
"Əvvəllər vətəndaşlar müxtəlif ünvanlara müraciət edərək uzun prosedurlardan keçirdilərsə, indi sadəcə portal və ya elektron hökumət vasitəsilə onlayn şəkildə prosesi tamamlayacaqlar. Bu müraciət əsasında qəbul edilən qərarlar da eyni hüquqi qüvvəyə malik olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib
20:18 09.11.2026
Dünya
Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib
19:44 09.11.2026
Gündəm
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya