
AİB sədri: Toy edən şəxs şadlıq evinə gedərkən birinci mətbəxə baxmalıdır
09:50 29.04.2025
Cəmiyyət
450
Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace", "Arzu", "Şahzadə", "Leyla Plaza”, "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", “Qəbələ-Xanlar”, "Xankəndi", "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”,- o bildirib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Sherg.az-a bildirib ki, cərimələr və yoxlamalar kifayət etmir:

“Qida sahəsində aparılan yoxlamaların forması dəyişməlidir. Hökumətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən biznes qurumları tam istifadə edirlər. Yəni onları yoxlamaq olmaz, yoxlama planlı olmalı və əvvəlcədən xəbərdarlıq edilməlidir. Düşünürəm ki, qeyri-qida sahəsində bu doğrudur. Hökumətin bu siyasətini qeyri-qida sahəsində dəstəkləyirəm. Lakin qida sahəsində bu doğru deyil. Qida Təhlükəsizliyi Agentliyinin imkanı olmalıdır ki, onlar qəfl yoxlama həyata keçirsinlər. Qəfl yoxlamalar həyata keçmədikcə, bu cür məsələlər davam edəcək. AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalıdır. Həmçinin bu sahədə tələb təklifi üstələyir. Yəni insanlar şadlıq evlərində toy etmək üçün növbəyə dayanıblar. Tələb təklifi üstələyən yerlərdə keyfiyyətsiz xidmət meydana çıxır. Toy edən şəxs şadlıq evinə gedərkən birinci mətbəxə baxmalıdır. Nənələr və babalar nəvələrinə səni yüksək səviyyəli universitetdə görüm demək yerinə deyirlər ki, sənin toyunu görüm. Nə qədər ki, insanlar bu hisslərlə yaşayacaqlarsa, toyxana biznesi də bu cür inkişaf edəcək. Toy sahiblərinin diqqətli olması, toyxana istifadə edənlərin də qanunlara əməl etməsi məsələsi öndə olmalıdır. Nazirlər Kabineti müqavilə təsdiq etməli və toy sahibi ilə restoran arasında müqavilə imzalanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm