
Uğurlu bir evlilik üçün 3 qızıl qayda: Dünyaca məşhur terapevt açıqladı
10:49 28.04.2025
Cəmiyyət
496
Dünyaca məşhur olan terapevt Marisa Peer güclü bir evlilik üçün qızıl qaydaları paylaşıb.
Sherg.az xəbər verir ki, Peer, cinsi kimyanın dərin bir əlaqə qurmaq üçün ünsiyyətlə birlikdə həyati əhəmiyyət daşıdığını vurğulayır. Qarşılıqlı hörmət və heyranlıq isə evliliyin əsas təməl daşlarını təşkil edir. Bəs uğurlu bir evlilik üçün 3 qızıl qayda hansılardır?
Evlilik gözəl bir simfoniyadır. Bu, sadəcə "Bəli" deməkdən daha çox şeydir. Həyatın gətirdiyi hər çətinlik qarşısında birgə böyümək, dəyişmək və bir yerdə dayanmaq üçün verilən bir vəddir. Əsas mahiyyəti ilə evlilik ortaq həyat deməkdir. Çox vaxt fərqli keçmişlərə sahib iki insan bir-birini seçir və həyatlarını, arzularını, qorxularını və gələcəklərini paylaşırlar. Boşanmaların və ayrılıqların zirvəyə çatdığı bir dövrdə tərəflərin hər ikisinin inkişaf etdiyi və xoşbəxtliyi tapdığı uğurlu evlilik necə idarə olunur?

Dünyaca tanınan terapevt, bestseller müəllifi və mükafatlı natiq Marisa Peer, uğurlu bir həyat və evlilik sürmək üçün bəzi ipucları paylaşıb. Peer, uzun illər dünyanın müxtəlif yerlərində fərdlərə və cütlüklərə kömək etməklə qazandığı təcrübə ilə, evliliyi nağıllardakı kimi gözəl edəcək üç qızıl qaydanı açıqlayıb.
1. Dost ola bilmək
Evlilik dostluq üzərində qurulur. Bu səbəbdən həyat yoldaşınızın sizin ən yaxın dostunuz olmasını istəyərsiniz. Ürək bağı vacibdir. Marisa Peer vurğulayır ki, inkişaf edən evliliklər "ən yaxşı dost kimyası" tələb edir. Onun fikrincə, bir-birinizin sirdaşı, dəstəkçisi və emosional dayağı olmaq bağları gücləndirir. Birlikdə gülən, eyni dəyərləri paylaşan və bir-birinin dostluğundan zövq alan cütlüklər çətin günləri daha asanlıqla keçirirlər.
2. Cinsi uyğunluq
Peerə görə ikinci vacib amil cinsi kimyadır. Fiziki yaxınlıq çox zaman nəzərdən qaçırılır, amma həyat yoldaşı ilə emosional əlaqənin möhkəmlənməsində böyük rol oynayır. Cinsi kimya sadəcə cazibə ilə bağlı deyil; daha dərin səviyyədə arzulandığını və bağlı olduğunu hiss etməkdir. Burada ünsiyyət açar rol oynayır. Duyğular və arzular barədə açıq danışmaq və qığılcımı qorumaq çox vacibdir.
3. Qarşılıqlı heyranlıq və hörmət
Bir münasibətin ən böyük dayağı qarşılıqlı hörmət və heyranlıqdır. Bu, iki tərəfli bir prosesdir və evliliyin təməlini təşkil edir. Hörmət heç vaxt güzəştə getməməlidir. Peer belə vurğulayır: "Həyat yoldaşınıza həqiqətən heyran olmalı və ona hörmət etməlisiniz." O, həmçinin cütlüklərin mübahisə edərkən hansı savaşlara dəyər verəcəyini bilməli olduqlarını da əlavə edir: "Çünki mübahisələr qaçılmazdır." Ancaq yalnız əsas problemlərə fokuslanmaq lazımsız qarşıdurmaların qarşısını alır.
Hörmətə əsaslanan evlilik
Hörmətə dayanan evlilik, hər iki tərəfin də böyüyə biləcəyi təhlükəsiz bir mühit yaradır. Peer, həmçinin "bütün ehtiyaclarınızı qarşılayacaq tək bir insan tapa bilməzsiniz" anlayışının vacibliyini vurğulayır. Hər iki tərəf əmək verməli və birlikdə çalışmalıdır. Bu yanaşma şübhəsiz ki, münasibəti daha mənalı edəcək.
Ən önəmlisi isə budur: Evlilik yalnız bir insanla bağlı deyil. Hər iki tərəf ciddi əmək sərf etməyə və çalışqan olmağa hazır olmalıdır. Digər hər şey öz yoluna düşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə