
İran nüvə silahının yaradılmasının bir addımlığındadır -ŞƏRH
12:21 04.02.2025
Region
475
ABŞ hesab edir ki, İran bir neçə ay ərzində nüvə silahı yaratmaq üçün qısa yol axtarır.
Bu barədə “Nyu York Tyams” məlumat yayıb.
“İran hərbi mühəndisləri və alimləri artan nüvə yanacağı ehtiyatlarını bir il və ya daha uzun müddətə deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar. Bu məsələ çox güman ki, bu gün ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında müzakirə mövzusu olacaq”, - məlumatda deyilib.
Qeyd edək ki, Tramp inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.
"Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək", - ABŞ lideri bildirib.
Eyni zamanda yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian isə “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq məqsədinin olmadığını bəyan edib.
Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, İran artıq özünün nüvə zənginləşdirilməsini 60 faizdən 80-ə, hətta da çox yüksəldib:

"İran nüvə silahının yaradılmasının bir addımlığındadır. Bunu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) də təkzib etmir. Ölkə rəsmilərinin "İran heç vaxt nüvə silahına sahib olmayacaq və belə bir planı yoxdur" kimi açıqlamaları həqiqəti əks etdirmir. Çünki İran yalnız güc dilində danışmağı və anlamağı bacarır. Buna görə də nüvə silahını əldə etməklə hər kəs üçün çəkindirici məqama çevrilmək istəyir. Ən azından ortada Şimali Koreya təcrübəsi var. Eyni zamanda İranı dayandırmasalar qısa zaman ərzində nüvə silahına malik olacaq. Rəsmi Tehran ABŞ ilə danışıqlara hazır olduğunu bildirir. Ancaq bu, yetərli deyil. Donald Tramp qarşı tərəfdən nüvə silahı istehsalından konkret imtina gözləyir. İran bu addımı atmasa, nəticələri onun üçün ağrılı olacaq".
Politoloq əlavə edib ki, ABŞ Prezidenti və İsrailin Baş Naziri Netanyahu arasında görüş planlaşdırılır:
"Burada əsas müzakirə predmeti İsrailin HƏMAS-la atəşkəsindən sonra atılacaq addımlar, Qəzzanın bərpası və idarəetməsi, o cümlədən İranın nüvə mərkəzlərinin bombalanması məsələsi olacaq. İsrail ABŞ-nin dəstəyi ilə bu əməliyyatın keçirilməsində maraqlıdır. Həmçinin bütün nüvə mərkəzlərini yerlə-yeksan etməklə prosesi 10 ilə qədər ləngitməyə çalışır. Netanyahu Trampı bu yöndə inandırmağa çalışacaq. İran öz təhlükəsizliyi və bunun qarşısını almaq üçün nüvə silahını istehsal etməməli və ciddi tədbirlər görməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm