Zelenskinin Türkiyə tələbi: Müşahidəçi ola bilər
Yusif Nəzərli
06:45 26.03.2025
Gündəm
403
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdən sonra Səudiyyə Ərəbistanında mətbuat konfransı keçirib.
Sherg.az xəbər verir ki, Zelenski Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı danışıqlardan sonra əldə olunan razılaşmanın dərhal qüvvəyə mindiyini, Rusiyanın razılaşmaları manipulyasiya etməyə və təhrif etməyə başladığını bildirib.
Rusiyanın razılaşmaları pozacağı təqdirdə ABŞ prezidenti Donald Trampdan silah dəstəyi və Rusiyaya sanksiya tələb edəcəyini bildirən Zelenski deyib: "ABŞ tərəfi bu razılaşmaların onların açıqlamalarından sonra qüvvəyə mindiyini düşünür. Ancaq Rusiyanın bu qaydalara əməl edəcəyinə inanmıram".
Zelenski Ukraynanın razılaşmaları yerinə yetirmək üçün hər şeyi edəcəyini, lakin hücumlarını davam etdirəcəyi təqdirdə Rusiyanın sərt cavabla üzləşəcəyini bildirib. Zelenski deyib ki, danışıqlar zamanı ABŞ rəsmilərinə enerji infrastrukturuna hücumlarla bağlı razılaşmaya əsasən hədəfə alınmamalı olan obyektlərin siyahısı təqdim edilib.
ABŞ-ın Ukrayna ilə bağlı etdiyi yazılı açıqlamada Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün qlobal bazara çıxış əldə etməsinə kömək edəcək bir bəndin yer almadığını söyləyən Zelenski, “Bu, sanksiyaların və mövqelərimizin zəifləməsi anlamına gəldiyinə inanırıq” deyib.
Zelenski "ABŞ tərəfi bu prosesin uğursuzluğa düçar olmaması üçün bir çox təfərrüata varmaq istəmədi. Amma hər halda detalların cavablarını anlamaq məcburiyyətindəyik" deyib. Zelenski Türkiyənin Qara dənizdə atəşkəsin monitorinqinə cəlb oluna biləcəyini, Yaxın Şərq ölkələrinin də enerji infrastrukturu ilə bağlı atəşkəsə cəlb oluna biləcəyini, lakin bu məsələlərin bu ölkələrlə hələ müzakirə edilmədiyini vurğulayıb.
Zelenski həmçinin ABŞ-ın Ukraynaya qiymətli metallarla bağlı genişləndirilmiş saziş layihəsi təqdim etdiyini açıqlayıb və əlavə edib ki, onun hələ yeni layihəni təfərrüatlı şəkildə araşdırmaq imkanı yoxdur, lakin ABŞ-ın Ukraynanın nüvə enerjisi sektoruna daha çox cəlb edilməsi təklifi bu layihəyə daxil edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya