25 nəfər öldü: Hindistanda müsəlmanların etirazları davam edir - FOTOLAR

Hindistanda vətəndaşlıq haqqında qəbul olunan qanun ölkədə yaşayan müsəlmanların hiddətinə səbəb olub.

Belə ki, yeni qəbul edilən vətəndaşlıq qanunu ölkəyə Əfqanıstan, Banqladeş və Pakistandan miqrasiya edilən bütpərəst, xristian və digər qeyri-müsəlman miqrantların Hindistan vətəndaşlığı almasını sadələşdirir.

“Haber7” agentliyi məlumat verir ki, bu həftənin cümə günündən başlayaraq, Hindistanın müsəlman vətəndaşları yeni qəbul edilən qanun əleyhinə nümayişlər keçirir. Son xəbərlərə əsasən, cümə günündən başlayan etirazlardan sonra hüquq-mühafizə orqanları ilə toqquşmada 25 nəfər həlak olub, beş mindən çox nümayişçi saxlanılıb.

Qeyd edək ki, Hindistanda müsəlmanlar ölkənin ikinci ən böyük dini icmasıdır.