Partlayış: 90 nəfər öldü, 4-ü türk mühəndisdir

Somalinin paytaxtı Moqadişoda mina quraşdırılmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 90-ı keçib.

Axar.az xəbər verir ki, bunu Somali parlamentinin üzvü Abdirizak Məhəmməd rəsmi Tvitter hesabında yazıb.

“90-dan çox insan, o cümlədən 17 polis işçisi, 73 mülki vətəndaş, dörd türk mühəndisi həlak olub”, - deyə paylaşımda qeyd olunub.

Hələ ki, heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Somalidə Əl Qaidə ilə əlaqəli olan Əş-Şabab radikal təşkilatı fəaliyyət göstərir. Təşkilat Somali mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane törədir.