Naməlum şəxs əlində xəncərlə sinaqoqa gələnlərə hücum edib

Nyu-Yorkda naməlum şəxs sinaqoqa gələnlərə xəncərlə hücum edərək beş nəfəri yaralayıb.

Bu barədə “Fox News” xəbər verib.

Bildirilir ki, hadisə insanların “Hanuki” bayramını qeyd edərkən baş verib. Hücumçu hətta binadan qaçaraq avtomobildə gizlənən şəxslərin dalınca da düşüb. 

Qeyd olunur ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.