Filippində qasırğa: Qurbanların sayı 41 nəfərə çatdı

Filippində davam edən “Fanfon” qasırğası nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Xəbəri “CNN Philippines” telekanalı təbii fəlakətlə mübarizəyə səfərbər edilmiş orqanlara istinadən məlumat verir.
 
Ötən gün 28 nəfərin həlak olduğu haqda məlumat verilmişdi. 260 min ev və 90 dövlət müəssisəsi şiddətli qasırğa nəticəsində yararsız hala düşüb. 

Rəsmi xəbərlərə əsasən, ölkənin müxtəlif bölgələrində yaşayan 1,6 milyon insan təbii fəlakətdən ziyan görüb. Hazırda ərazidə küləyin sürətinin saatda 33 kilometrə çatdığı bildirilir.