Ölən atasına mesajlar yazırdı, 4 il sonra həyatının şokunu yaşadı!


Ölən  atasına hər gün mesaj yazan qadın, təxmin edə bilməyəcəyi bir şeylə qarşılaşdı. Chastity Patterson, bundan dörd il əvvəl atasını itirəndə hələ 19 yaşı vardı.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  ABŞ-da yaşayan Chastity, atasının yoxluğuna alışmaq əvəzinə  ağrısını və həsrətini dindirmək üçün fərqli bir yol seçdi.



Gənc qız, atasının ölümündən sonra dörd il boyunca hər gün, onun telefonuna mesajlar atdı.
Gününün necə keçdiyini izah etdi, gün içində başına gələn yaxşı və pis hadisələrdən ona bəhs etdi.
Atasının ölümünün dördüncü ili gəlib çatmaq üzrəydi, "Sabah mənim üçün çətin bir gün olacaq" deyərək başladığı mesajını, hər zamankı kimi atasının telefon nömrəsinə göndərdi.

Nyuportda yaşayan 23 yaşlı Chastity Patterson, atasını itirdikdən sonra ilk dəfə, atdığı mesaja cavab aldı.
Atasının telefon nömrəsini istifadə etməyə başlayan Brad adlı bir adam, Chastityin mesajına duyğu dolu bir cavab verdi.



"Mərhaba şirinim. Mən sənin atan deyiləm, amma haradasa son dörd ildir sənin mesajlarını oxuyuram" deyə başlayan mesaj belə davam edirdi:
"Səhərlər “sabahınız xeyir” mesajlarını həsrətlə gözləyirəm, axşamlar sənin gördüyün son işlərini mesajlardan maraqla gözləyirəm."

"Mənim adım  Brad. Qızımı 2014-cü ilin avqust ayında bir avtomobil qəzasında itirdim. Və o zamandan bəri mənə sənin mesajların dəstək olur."
"Sən mənə mesaj atdığın zaman, bunu Tanrıdan bir işarə olaraq görürəm."

"Yaxın birini itirdiyin üçün çox təəssüf edirəm. Səni illər boyu dinlədim, böyüməyinə və illər içində başqa birinə çevrilməyinə şahid oldum."
"İllər boyunca mesajlarına cavab vermək istədim, amma ürəyini qırmaq istəmədim."

"Sən qeyri-adi bir qadınsan və qızım da həyatda olsa sənin kimi biri olardı deyə, ümid edirəm."
"Mənə hər gün mesaj atdığın və Tanrının varlığını xatırlatdığın üçün təşəkkür edirəm."

"Hər şey yoluna girəcək. Çətin zamanlardan keçmək məcburiyyətində qaldığın üçün təəssüf edirəm. Səninlə qürur duyuram."
Chastity Patterson bu mesajları ictimai media hesabından paylaşaraq "Sanırınm ki, artıq atamın istirahət etməsinə icazə verə bilərəm" deyə yazıb.

İnsanın içini isidən bu mesajlar, qısa müddət içində 265 min dəfə paylaşılıb və hələ də paylaşılmağa da davam edir.

Turan