Taliban komandirlərindən biri məhv edildi

Taliban terror təşkilatının aparıcı komandirlərindən olan molla Rahmuddi Kunduz vilayətində öldürülüb.

Məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Rahmuddin hökumət qüvvələrinin aviazərbəsi nəticəsində məhv edilib.

Rahmuddinlə bərabər daha 13 nəfər aviazərbələr nəticəsində ölüb.