“Adətən Putin həyata keçirmək istədiyi planları, əvvəlcə, Jironovski və mətbuat vasitəsilə cəmiyyətə təqdim edir. O, bununla ictimai rəyi yoxlamağa çalışır”.
Bu sözləri Sherg.az-a politoloq Azər Rəşidoğlu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin ölkədə vitse-prezident postunun yaradılması təklifini qiymətləndirərkən deyib.
O, düşünür ki, təklifin qəbul edilməsi o qədər də real deyil. “Dediyim kimi, mənə elə gəlir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin planıdır. Görünür o, Rusiya Fedrasiyasında olan bir çox respublikaları əzmək istəyir. Vitse-prezident vəzifəsinin yaradılması da yəqin ki, elə buna hesablanıb. Odur ki, Federasiya tərkibindəki respublikaların bu təkliflə razılaşacağına və yeni postun təsis edilməsinə inanmıram”.
Kənan Novruzov