Hərbi parad zamanı partlayış oldu

Yəmənin Əd-Dalia şəhərində keçirilən hərbi parad zamanı partlayış törədilib. “RİA Novosti” xəbər verir ki, partlayış nəticəsində ən azı 9 nəfər ölüb, 30 yaralanıb.

Terror aktı pilotsuz uçan aparatın partladılması nəticəsində baş verib.

Cənubi Yəmən keçid şurasına tabe olan “Təhlükəsizlik kəməri” terror aktına görə məsuliyyətin hisilərin təşkilatı olan “Ənsar Alla”ının daşıdığını bəyan edib.