Konqo Demokratik Respublikasında 2018-ci ildə 3 mindən artıq ebolaya yoluxma halı qeydə alınıb.
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, 2018-ci ilin avqustundan bəri 2 mindən artıq adam ağır qızdırma nəticəsində ölüb.
Konkret olarq 3,373 ebolaya yoluxma halı qeydə alınıb, onlardan 2, 231-i ölüb.
2019-cu ilin noyabrından etibarən 200 sivil vətəndaş dünyasını dəyişib.
Ebola virusu Konqoda 1976-cı ildən yayılmağa başlayıb. 2014-cü ildən isə Afrikanın qərbində geniş yayılıb və 11 min adam ölüb.