"Mehdi gələcək" sözləri ilə ironiya hədəfinə çevrilən general istefa verdi

Türkiyə prezidentinin hərbi məsələlər üzrə baş müşaviri, general Adnan Tanrıverdi istefa verib.

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, o, bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, general A.Tanrıverdi "Mehdi gələcək. Ortamı ona uyğun hazırlamalıyıq" sözləri ilə gündəmə gəlmişdi. Bu ifadələrindən sonra Tanrıverdi Türkiyədə sərt tənqid və ironiya hədəfinə çevrilmişdi.

Analitiklər belə güman edirlər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan generalın bu açıqlamasından məmnun qalmayıb.

Onu da bildirək ki, A.Tanrıverdi həm də SADAT özəl hərb şirkətinin qurucusudur.