Azərbaycan Talibanı tanımalıdırmı?: “Elə etmək lazımdır ki, Azərbaycanın imicinə zərbə dəyməsin”

Məlum olduğu kimi, Əfqanıstanda Taliban hökuməti artıq hakimiyyətə gəlib. İndi əsas məsələ bu hakimiyyəti hansı dövlətlərin tanıyacağıdır. Azərbaycan hansı addımı atmalıdır?

Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Sherg.az” a açıqlamasında bu suala cavab verdi:

“Biz təmkinli davranmalıyıq. Əvvəlcə gözləməliyik ki, digər dövlətlər Talibanı tanısın. Taliban hərbi xunta rejimi olduğu nəzərə alınmalıdır. Onun gələcəyinin necə olacağını isə indidən demək çətindir. Bu mənada nə gecikməli, nə də tələsik addım atmalıyıq. Elə etmək lazımdır ki, Azərbaycanın imicinə zərbə dəyməsin”.