Ərdoğan: “Türkiyə son 19 ildə müdafiə sənayesində inqilab edib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2021” müdafiə sənayesi sərgisində çıxış edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin hərbi istehsal sahəsindəki uğurlarından danışıb.

“Türkiyə son 19 ildə müdafiə sənayesində inqilab edib. Xaricdən asılılığımızı 80 faizdən 20 faizə endirmişik”, - deyə o bildirib.