Ermənistan ordusunda yeni kadr təyinatları olub

Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə orduda bir sıra təyinatlar gerçəkləşdirilib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Sərəncamla 4 yeni təyinat həyata keçirilib.

Belə ki, Nver Martirosyan Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyat baş idarəsində əməliyyat idarəsinin rəisi, Qarik Movsisyan hava hücumundan müdafiə qüvvələrində idarə rəisi, Armen Aruşanyan silahlı qüvvələrin mühəndis qoşunları idarəsinin rəisi, Albert Baqdasaryan isə baş qərargahın əməliyyat baş idarəsi rəisinin birinci müavini təyin olunub.