Almaniya kansleri Putinlə Əfqanıstanı müzakirə edəcək

Almaniya kansleri Angela Merkelin Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyi mövzular bəlli olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətindən məlumat verilib.

Bildirilib ki, 20 avqustda baş tutacaq ikitərəfli görüşdə Əfqanıstandakı son vəziyyət, Ukraynanın şərqindəki münaqişə və Belarusla bağlı məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, A.Merkel 22 avqustda həmçinin Ukraynaya səfər edəcək və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.