Makronla Putinin telefon danışığı 2 saatdan çox çəkib

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, liderlərin telefon danışığı 2 saatdan çox çəkib.

Qeyd edək ki, bu, Buça şəhərində törədilən faciədən sonra dövlət başçılarının ilk telefon danışığıdır.