Kuleba:“Dünya Rusiyanın raket terrorunu cəzalandırmalıdır”

Dünya Rusiyanın raket terroruna sanksiyaları sərtləşdirmək və Ukraynanı ağır silahlarla təchiz etməklə cavab verməlidir.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində çağırış edib.
“Rusiya irəliləməyə çalışır və dəhşətli itkilər verir, sonra isə ümidsizliyə qapılaraq Ukraynaya qarşı raket terroruna əl atır. Amma biz qorxmuruq, dünya da qorxmamalıdır. Rusiyaya qarşı daha çox sanksiyalar olmalıdır. Ukrayna üçün daha çox ağır silahlar verilməlidir, Rusiyanın raket terroru cəzalandırılmalıdır”, - deyə Kuleba yazıb.

Qeyd edək ki, mayın 3-də rusiyalı hərbçilər Ukrayna ərazisinə 18 qanadlı raket atıblar, onlardan səkkizi hava hücumundan müdafiə vasitələri ilə vurulub.