Boris Conson Ukraynaya səfər edib

Britaniyanın keçmiş Baş naziri Boris Conson hazırda Ukraynadadır.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Boris Conson Ukraynaya Prezident Zelenskinin dəvəti ilə səfər etdiyini bildirib.


Boris Conson Buça və Kiyevin digər ətraf rayonlarına səfər edib.

Sabiq Baş nazir qeyd edib ki, Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir: “Bu müharibəyə son qoymağın yeganə yolu Ukraynanın qələbə qazanması və mümkün qədər bir o qədər də tez qalib gəlməsidir”.

Boris Conson bildirib ki, Putin nə qədər tez uğursuz olarsa, bu, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşı olacaq.

Baş nazirin sözçüsü təhlükəsizlik səbəbi ilə səfərin hər hansı bir detalını şərh etməyəcəklərini deyib. O bildirib ki, Boris Conson Böyük Britaniya hökumətinin Ukrayna ilə bağlı siyasətini, o cümlədən “Challenger” tanklarının göndərilməsi ilə bağlı son qərarı tam dəstəkləyir.